Mobil versiya
"Azərbaycanla əməkdaşlığımızı hər sahədə gücləndiririk" - Ərdoğan
Tarix: 17-11-2022 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Azərbaycanla əməkdaşlığımızı hər sahədə gücləndiririk" -

Bir millət, iki dövlət şüarı ilə Azərbaycanla əməkdaşlığımızı hər sahədə gücləndiririk.

aia.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun iştirakçılarına məktubunda qeyd edib.

"Qəti addımlarla müvəffəqiyyət dolu gələcəyə addımlayırıq. Gənclərimizin sayəsində gələcəyimiz bu günümüzdən də yaxşı olacaq", - məktubda deyilir.

R.T.Ərdoğan 44 günlük Vətən Müharibəsində Azərbaycanın gənc oğullarının böyük qəhrəmanlıqlar göstərdiyini xatırladaraq, şəhidlərə rəhmət, qazilərə sağlıq diləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024