Mobil versiya
FRANSA SENATININ QƏBUL ETDİYİ QƏRƏZLİ, ABSURD BƏDNAM QƏTNAMƏ – ŞƏRH
Tarix: 17-11-2022 | Saat: 09:10
Bölmə:Özəl | çapa göndər

FRANSA SENATININ QƏBUL ETDİYİ QƏRƏZLİ, ABSURD  BƏDNAM QƏTNAMƏ

Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir. Bu sənədin qəbul olunması  Fransa rəhbərliyinin, o cümlədən parlament üzvlərinin maraqlarından irəli gəlir
Fransada erməni diasporu və lobbisi çox fəaldır və onlar  siyasiləşib. Buna görə də, Fransa parlamentariləri bu ölkədə yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir qətnamə qəbul edib. Yəni bu, daxili auditoriyaya hesablanmış bir  qərardır.
Fransa siyasi elitasında şəxsi maraqlarını güdən insanlar unudurlar ki, Fransanın milli və qlobal  maraqları da var və bu maraqlara xidmət etmək lazımdır. Lakin Senatda qəbul olunmuş qətnamə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirir.
Fransa rəhbərliyinin son vaxtlar artan ritorikası dövlət maraqlarına zərbə vurur: “Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in Minsk qrupunun  həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizm törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz.
Artıq tarixin arxivinə verilmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan və artıq uğursuz “missiyası” başa çatan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri statusunda hər hansı konstruktiv fəaliyyəti əsla nəzərə çarpmayan, əksinə daim işğalçının tərəfini saxlayan Fransa postmüharibə mərhələsində də Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir. 
Növbəti biabırçı tərəfkeşlik  isə  Fransa Senatından gəldi…  O,  Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul etdi.  Qətnamədə ölkəmizə qarşı bir sıra əsassız müddəalar yer alıb. Belə ki, Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir, ölkəmizin Laçın dəhlizindən çıxması tələbi irəli sürülür, Fransa hakimiyyətinə Avropa İttifaqı miqyasında “Azərbaycandan idxal edilən qaz və neftə embarqo qoyulmasına başlamaq” və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmaqla bağlı çağırış edilir.
Xatırladaq ki, 2020-ci ilin yenə də noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024