Mobil versiya
Tahir Musayev: Azərbaycanın səbri tükənməz deyil
Tarix: 16-11-2022 | Saat: 17:27
Bölmə:Özəl | çapa göndər

Tahir Musayev: Azərbaycanın səbri tükənməz deyil

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tarixi Zəfərdən sonra imzaladığı Sərəncamla Şuşanın erməni işğalından azad edildiyi günün - 8 noyabr tarixinin hər il Zəfər Günü kimi qeyd olunacağını elan etdi. Ölkəmizin tarixinin və mədəniyyətinin rəmzi olan Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Müharibənin şanlı Qələbəmizlə, torpaqlarımızın düşmən işğalından azad olunması ilə başa çatmasından sonra bir dastana çevrilən Şuşa əməliyyatı həm də bütün dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarətinin, igidliyinin, qəhrəmanlığının rəmzinə çevrildi. Bu gün də Şuşa əməliyyatı dünyanın beynəlxalq güc mərkəzlərinin hərbi ekspertləri tərəfindən araşdırılır, öyrənilir və heyrətlə qarşılanır.
Bu il Zəfərimizin ikinci ildönümü günündə - noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları burada hərbçilər qarşısında çıxış edərək bildirdi ki, iki il bundan əvvəl torpaqlarımızı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Şuşa həqiqətən alınmaz qala sayılırdı. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq. Qədim Şuşada son iki il ərzində on dəfədən artıq olan Möhtərəm Prezidentimiz qeyd etdi ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada dalğalandırıb.
Bu gün ölkəmizdə daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi mövcuddur. Bax, bu, Möhtərəm Prezidentimizin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçməsinə baxmayaraq, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Azərbaycan nə vaxta qədər gözləməlidir? Azərbaycanın səbri tükənməz deyil, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan yenə də lazımi addımlar atacaq.
İki il ərzində böyük tikinti - quruculuq işləri görülüb. Qarabağ və Şərqi Zəngəzur faktiki olaraq yenidən qurulur. Bununla yanaşı Ordumuz da günü - gündən daha da gücləndirilir. Ermənistan bilməlidir ki, bizi indiki vəziyyətdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, Azərbaycanın öz siyasətidir. Odur ki, Ermənistan vaxtı uzatmamalıdır. Azərbaycan müharibə istəmir, hər zaman sülhün tərəfdarıdır. Dövlətimizin bölgədə ədalətli sülhün bərqərar olması ilə bağlı irəli sürdüyü şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan bu şərtləri qəbul etməzsə, öz ambisiyalarından əl çəkməzsə yenə də qarşısında güclü, qüdrətli Azərbaycan Ordusunu və “Dəmir Yumruğ”u görəcəkdir.

Tahir Musayev
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024