Xızı rayonunda "Gələcəyimizi birlikdə qoruyaq, Narkomaniyaya yox deyək"adlı tədbir keçirildi
Tarix: 16-11-2022 | Saat: 17:06
Bölmə:Özəl | çapa göndər
Xızı rayon Heydər Əliyev Mərkəzində MİHİ Xızı rayon Komitəsinin 'Gənclərlə iş üzrə komissiyası və Xızı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 'Gələcəyimizi birlikdə qoruyaq, Narkomaniyaya yox deyək!' adlı toplantı təşkil olundu.Toplantıda məktəblilər arasında Narkomaniya ilə əlaqəli geniş miqyaslı şəkildə söhbətlər aparılmış və bu haqda kiçik fraqmentli film izlənildi.
Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır. Sağlamlıq dedikdə yalnız fiziki sağlamlıq deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Bunun üçün valideyn və övlad arasında düzgün münasibətlərin qurulması, düzgün qidalanma, iş və asudə vaxtın səmərəli təşkili, idmanla məşğul olmaq və şəxsi gigiyenaya fikir verilməsi kimi əsas məqamlara xüsusi diqqət yetirmək gərəkdir. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.
Son zamanlarda narkotik alverçiləri artıq məktəbliləri hədəf alırlar. Gəlin birlikdə gələcəyimiz olan gənc nəslə sahib çıxaq, onları bu bəladan qurtaraq! Biz birlikdə güclüyük!
Tədbirdən foto şəkillər
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı