Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEV ZƏFƏR GÜNÜ ŞUŞADA
Tarix: 16-11-2022 | Saat: 15:17
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV ZƏFƏR GÜNÜ  ŞUŞADA

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı çox mühüm əhəmiyyət kəsb edir.
Burada bir mühüm məqamı da vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu.
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Biz yaxşı bilirdik ki , Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı  qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə getiklərini gözə almışdılar.
Biz fəxr hissi ilə qeyd edə bilərik ki ,Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub. Şuşanın  işğaldan azad olunmasında  mənfur düşmənə ağır zərbələr endirərək, onları əzəli torpaqlarımızdan qovan rəşadətli ordumuz bütün dünyaya öz gücünü sübut etdi .
Şuşaya gedən yol 27 sentyabr tarixində başlayıb. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi və  44 gün ərzində bir gün də geri addım atmadı . Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Buna baxmayaraq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də  müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik.
Cənab Prezident öz çıxışında qeyd etmişdir ki “Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir”.
Həm bizim güclü iradəmiz, həm də Vətən müharibəsindəki Qələbəmiz bizim hərbi gücümüzü bir daha açıq şəkildə dünyaya göstərdi ! Bu Qələbə imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2024