Mobil versiya
Ərdoğan terrorçulara xəbərdarlıq etdi: "Nə edirlərsə etsinlər, kimin arxasına gizlənirlərsə..."
Tarix: 16-11-2022 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

Ərdoğan terrorçulara xəbərdarlıq etdi:

"Terror təhdidini yox etmək strategiyamızı davam etdirəcəyik".

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ankara terrorçulara qarşı mübarizəni davam etdirəcək.

"Nə edirlərsə etsinlər, kimin arxasına gizlənirlərsə gizlənsinlər, terrorçular onları gözləyən ağır aqibətdən yaxa qurtara bilməyəcəklər. Regionumuzun və ölkəmizin gələcəyində terrorun heç bir növünə yer yoxdur", - Türkiyə lideri vurğulayıb.



aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024