Mobil versiya
Dövlətin əsas qanunu
Tarix: 14-11-2022 | Saat: 11:14
Bölmə:Özəl | çapa göndər

Dövlətin əsas qanunu

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib.Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün əvəzsiz şəxs idi. O, həqiqətən xalqını sevirdi və xalq bunu hiss edirdi. Hakimiyyətə ilk gələn andan xalqın rifahı və güclü dövlətin yaradılması üçün çalışmış, bunun üçün önəmli addımlar atmışdır.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyükxidmətlərindənbiri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya Konstitusiya layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun."1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev əsas qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Ölkə Prezidenti cənab İlham Əliyev dövlətimizinƏsas Qanunu barəsində belə deyib:“Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə zəruri hüquqi islahatlar həyata keçirilib. 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumlarında xalq haqlı olaraq hüquqi zəmində yenilikləri dəstəkləyib və dövlətin siyasi xəttinə fəal dəstəyini bildirib.Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından biri sayılır.Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğurulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024