Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı haqqında
Tarix: 13-11-2022 | Saat: 12:53
Bölmə:Özəl / Parlament | çapa göndər
Uzun illər SSRİ-nin müttəfiq respublikaları olan Azərbaycan və Özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar baş verən zaman on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapmışdı. Hazırda isə 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi, və digər sahələrində fəal iştirak edir.
Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi haqqında danışsaq, Prezident İlham Əliyevin son 7 ay ərzində 3 dəfə Özbəkistana etdiyi səfərə diqqət etməliyik.
Aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü.
Bu səfərlər və aparılan müzakirələr Azərbaycan- Özbəkistan əlaqələrini daha yüksək səviyyəyə qaldırdığını göstərir. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Məhz bu səbəbdən türk dünyasının sıx birləşməsinə öz töhfəsini verən Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Türk dünyası geniş bir ailədir və təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.
Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Bu gün Azərbaycan hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti yaşadıqları digər ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanından məhrumdur məhz bu səbəbdən Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları məsələsi daim təşkilatın gündəliyində olmalıdır. Azərbaycan dövlətindən ayrı düşmüş azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə Azərbaycan dövləti xüsusi diqqət yetirir.
Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. 30 illik həsrətə 2 il öncə son qoyuldu, tarixi ədalət bərpa olundu. Lakin 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub ki, bu da bütün müsəlman dünyasına təhqirdir. Bu hətta göstərir ki islamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.
İşğal zamanı bizim ərazilərimizə Ermənistan tərəfindən basdırılan bir milyondan çox mina nəticəsində, Vətən müharibəsindən ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ağır yaralanıb.
Ermənistanın Azərbaycana qarşı etdiyi bütün səylərinə baxmayaraq, bu gün Azərbaycan keçmiş məcburi köçkünlərin öz doğma yurduna qayıtması üçün “Böyük Qayıdış” proqramının icrasına başlayıb.
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin tikiləcək olması və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır ki, bu da Azərbaycanın Özbəkistan və Qazaxıstan xalqları arasında olan qardaşlığın təzahürüdür.
Bu gün İkinci Qarabağ müharibəsindən 2 il keçməsinə baxmayaraq Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Məhz buna görə senttyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
Ermənistan tərəfindən dünya ictimai rəyini çaşdırmaq üçün əsası olmadan Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır lakin bu iddiaların hər biri əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.
Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü rəsmən tanıdı.
Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.
İsmayılova Aygün
Nəsimi rayon təhsil işçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024