Mobil versiya
Anar Nəbiyev: Azərbaycanın Şanlı Qələbəsinə, Erməistanın kapitulyasiyasına xidmət edən tarixi Bəyanat
Tarix: 12-11-2022 | Saat: 13:22
Bölmə:Siyasət / Özəl | çapa göndər

Anar Nəbiyev: Azərbaycanın Şanlı Qələbəsinə, Erməistanın kapitulyasiyasına xidmət edən tarixi Bəyanat

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan söhbət düşəndə ilk növbədə yadımıza həmin gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqımıza müraciəti və bu Bəyanatın mətninin təqdim edilməsi düşür. Məhz, həmin gün ölkəmiz üçün tarixi bir gün oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Demək olar ki, imzalanmış üçtərəfli bəyanat münaqişə həlli istiqamətində son nöqtə oldu.
Möhtərəm Prezidentimiz xalqa müraciəti zamanı bildirmişdir ki: “Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Doğurdan da 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam etdirilən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Əminliklə demək olar ki, artıq ikinci Qarabağ müharibəsi müstəqil Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Müharibə qüdrətli Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı. Bu da onu şərtləndirir ki, artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” yox, Azərbaycanın tarixi və qədimi torpaqları olan Qarabağımız və Şərqi Zəngəzurumuz var. Qarabağımızın bütün rayonları da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir və artıq Qarabağ müzakirə mövzusu ola bilməz. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu, bir sözlə həm hərb müstəvisində, həm də diplomatik müstəvidə qəti qələbə qazandı.
Vətən müharibəsində dost və qardaş Türkiyənin açıq dəstəyi bir çox dövlətin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirdi, haqq mübarizəsini inamla, ümidlə aparmağa ruhlandırırdı. Qardaş Türkiyə savaş dövründə də Azərbaycana qarşı ünvanlanan təxribat xarakterli bəyanatlara sərt də cavablar verirdi. Belə bir mövqe, belə bir münasibət dünyaya Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını, hər iki dövlətin haqqın, ədalətin, sülhün tərəfində dayandığını bir daha göstərdi, eyni zamanda bu dostluq - qardaşlıq nümunəsi, ikili siyasət yürüdən, Ermənistana havadarlıq edən, məkrli oyunlar quran dövlətlərin geri çəkilmələrini, bir sözlə oyundan kənarda qalmalarını şərtləndirirdi.
Qardaş ölkə Qarabağın işğalı zamanında da Azərbaycanın haqq səsinin beynəlxalq kürsülərdən eşidilməsinə dəstəyini əsirgəmirdi, Prezident cənab Rəcəb Tayyib Ərdoğan çıxışlarında, xüsusilə, “Ermənistanın işğalı altında olan Qarabağ” ifadəsini tez-tez işlədir, bizim olmadığımız yerdə haqq sözümüzü, niyyətimizi dilə gətirirdi. Təbii ki, dost Türkiyənin iştirak etmədiyi hansısa bir platformada bu ədalətli fəaliyyəti də Azərbaycan həyata keçirirdi. Vətən müharibəsindən sonra isə hər iki dövlətin münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Türkiyə işğal dövründə və 44 günlük savaşda Azərbaycanın ərazi bütövlüyünə nail olmasına dəstək verirdisə, tarixi Zəfərimizdən sonra ölkəmizin Qarabağda, bölgədə sülh siyasətinin uğurla nəticələnməsi üçün səylərini bu gün də davam etdirir, münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi məqsədilə əməli addımlar atır. 
İmzalanmış Bəyanata əsasən Zəngəzur Dəhlizinin reallaşması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə birləşməsinə və Cənubi Qafqazın və ümumilikdə regionun inkişafına xidmət edəcək, böyük bir tarixi hadisəyə çevriləcəkdir. Bəli, bölgənin inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Bununla da Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən keçən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır.
İmzalanmış Bəyanat həm də, bir növ rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 illik danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” xülyası tamamilə fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi isə artıq arxivə göndərildi. Ermənistanın və onun havadarlarının Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına dair planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına hədəflənən yeni siyasi reallıq yarandı.
Müharibədən sonrakı dövrdə Brüsseldə, Soçidə keçirilən görüşlərdə Azərbaycanın və Ermənistanın qarşılıqlı şəkildə bir – birinin suvüerenliyini və ərazi bütövlüyünü tanıması bir daha sübut edir ki, artıq “Qarabağ münaqişəsi” tarixdə qaldı və Azərbaycan zaman – zaman öz hədəflərinə çatacaqdır. İnanırıq ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə bölgəmizdə tezliklə dayanıqlı sülhə nail olunacaqdır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024