Mobil versiya
Bu gün bu rayonlarda qaz olmayacaq (SİYAHI)
Tarix: 10-06-2016 | Saat: 12:53
Bölmə:Gündəm | çapa göndər




Bu gün Bakı şəhəri Binəqədi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aia.az "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat verir ki, iyunun 10-da saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələri ərazisində, Xətai rayonunun K. Kərimov və M. Davud küçələri ətrafında, kənd Əhmədli ərazisində və Həzi Aslanov yaşayış massivi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 630 mənzilli yaşayış binasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, orta təzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024