Mobil versiya
"Azərbaycanla heç kim təhdid dilində danışa bilməz" - Komitə sədri
Tarix: 10-11-2022 | Saat: 17:28
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Azərbaycanla heç kim təhdid dilində danışa bilməz" -

"İran 30 ildə Ermənistanla bir yerdə olub, dostluq edib, indi də bu dostluğu davam etdirir".

aia.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib. 

Komitə sədri xatırladıb ki, İran Qafanda binası hazır olmayan konsulluq açıb:

"Təbrizdə Ermənistanın konsulluğunun açılacağı ilə bağlı fikir səsləndiriblər. İran tərəfi deyəcək ki, bu bizim daxili işimizdir, istənilən dövlətlə münasibət qura bilərik. Amma onların verdikləri bəyanatlara baxaq. İranın nümayəndəsi gəlib Qafanda deyir ki, bura sizin təhlükəsizliyinizi müdafiə etmək üçün gəlmişik. Bu nə deməkdir? Siz Ermənistanı Azərbaycandan qoruyursuz? Azərbaycanın heç kimin ərazisində gözü yoxdur. Yalnız sülhün tərəfdarıyıq və sülh müqaviləsini imzalamağa hazırlaşırıq. Azərbaycan qarşı bu nə bəyanatdır verirsiz? Bu, əslində təhdiddir. Amma Azərbaycanla heç kim təhdid dilində danışa bilməz. Biz bütün regionda sülhün, ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin toxunulmazlığının tərəfdarıyıq".

Deputat qeyd edib ki, İranın bu davranışı heç cür qəbuledilən deyil:

"Təhdidlər heç kimə lazım deyil. Azərbaycanla təhdid dilində danışmağın vaxtı çoxdan keçib. İran da, Ermənsitan da bunu başa düşməlidir. Azərbaycan qalib dövlətdir, öz ərazisini düşmən işğalından azad edib. Qonşu ölkələr də bununla barışmalıdır. İran bundan sonra Ermənistanla birləşib Azərbaycana nə edəcək? Bu nə qonşuluq və müsəlmançılıqdır? Mehriban qonşuluq etmək istəyirlərsə, bunu əməldə etməlidirlər. Sözlə əməlin düz gəlməməsi, heç bir siyasətə, qonşuluğa sığan məsələ deyil".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024