Mobil versiya
Əmlakın sənədləşdirilməsi çox rahat olacaq (VİDEO)
Tarix: 10-06-2016 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər



Bundan sonra əmlakın sənədləşdirilməsi zamanı vasitəçiyə ehtiyac olmayacaq. Əmlak Məsələri Dövlət Komitəsi bununla bağlı pulsuz hüquqi xidmət yaradıb.

Aia.az xəzərxəbər-ə istinadən verir ki, beləliklə də vətəndaşın sənədləşmə üçün dırnaqarası maklerlərə pul ödəməyinə ehtiyac qalmayacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vətəndaşları sənədləşmə işini bəzi işbazlara etibar etməməyə çağırıb.

Rafiq Cəlilov torpaqlardan səmərəli və təyinatı üzrə istifadə məsələsinə də toxunub. Belə ki, təyinatına müvafiq olmadan həyata keçirilmiş bəzi tikintilər bu vaxta qədər sənədləşdirilsə də, bəziləri sökülə bilər.

Torpaqların elektron kadastr uçotu sistemi üzrə də 8 bölgədə işləərə başlanılıb. Bu sistemlə hansı torpağın hansı keyfiyyətdə olduğu bilinəcək. Gələcəkdə bu keyfiyyəti müəyyən edən səyyar labarotoriyaların rayonlarda da qurulması planlaşdırılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024