Mobil versiya
"İranın Azərbaycana hədə-qorxu gəlməsinin prespektivi yoxdur" - Deputat
Tarix: 10-11-2022 | Saat: 16:11
Bölmə:Siyasət | çapa göndər

"İranın Azərbaycana hədə-qorxu gəlməsinin prespektivi yoxdur" -

"Prezident İlham Əliyev Zəfər Günü Şuşada etdiyi çıxışında növbəti dəfə Azərbaycanın dövlətçilik prinsiplərini açıq şəkildə ortaya qoydu".

aia.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycanın əsas dövlətçilik prinsipləri ərazi bütövlüyünü qorumaq, Ermənistanla normal qonşuluq münasibətləri yaratmaq və təhdidlərə lazımi cavabların verilməsindən ibarətdir:

"Prezident bir daha göstərdi ki, Azərbaycan öz müstəqlliyini, suverenliyini qorumaq bacarığındadır. Azərbaycana qarşı hər hansı təhdidin qarşısı alınacaq və heç kimin bizim daxili işlərimizə qarışmasına imkan verilməyəcək. Burada hansı dövlətdən söhbət getdiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışmasın və onun ərazi bütövlüyünü şübhə altına almasın.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşadakı çıxışı xaricdəki anti-Azərbaycan dairələrinə xəbərdarlıqdır. Prezident tərəfindən belə xəbərdarlıqlar əvvəl də olub, indi də səsləndirilir. Dünya Azərbaycanın bu mövqeyini qəbul etməlidir.

Bizim dostlarımızın da sayı çoxdur. Onların içərisində Türkiyəni xüsusilə qeyd etmək olar. Azərbaycan isə öz vətəndaşlarının maraqlarını qoruyur, iqtisadiyyatını gücləndirir, əhalinin sosial vəziyyətini yaxşılaşdırır, işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Xarici siyasətdə isə biz əməkdaşlığın və sülhün tərəfdarıyıq. Azərbaycana qarşı olan istənilən təhdidə cavab vermək gücündəyik.

Son zamanlar İranla yaşanan gərginliyə gəlincə isə, Azərbaycan bu məsələdə də öz mövqeyini qoruyur. Biz öz müstəqilliyimizi və suverenliyimizi qorumaq gücündəyik. İran tərəfi də bunu görür. İranın Azərbaycana qarşı siyasi təxribatlarının və hədə-qorxu gəlmək istəklərinin heç bir prespektivi yoxdur. Azərbaycan istənilən təxribatın qarşısını almağa və ona cavab verməyə qadirdir. Buna baxmayaraq, Azərbaycan İranla yaxşı münasibətlərin və bir-birinin daxili işlərinə qarışmamağın tərəfdarıdır. Əgər İranın müəyyən dairələri Azərbaycanla münasibətləri korlamaq fikrinə düşürlərsə, bu, ilk növbədə İranın öz maraqlarına ziddir. Azərbaycanı qorxutmaq və yaxud kiminsə təsiri altına salmaq qətiyyən mümkün deyil", - deyə A. Mirzəzadə qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024