Mobil versiya
YAP Laçın rayon təşkilatının sədri ilqar İlyasov və Partiya fəalları 8 noyabr - Zəfər Günü” ərəfəsində şəhid ailələrini ziyarət ediblər. -Foto
Tarix: 05-11-2022 | Saat: 13:03
Bölmə:Gündəm / Özəl | çapa göndər

YAP Laçın rayon təşkilatının sədri ilqar İlyasov və Partiya fəalları 8 noyabr - Zəfər Günü” ərəfəsində şəhid ailələrini ziyarət ediblər.

Torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası üçün qəhrəmanlıqla döyüşmüş və şəhidlik zirvəsinə ucalan Əhmədov Mənsur Mamed oğlunun ailəsi ziyarət olunub.
Şəhid Əhmədov Mənsur Mamed oğlu 6 Mart 2002-ci ildə anadan olub. Laçın rayonunun Çıraqlı kəndindəndir.2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə olub. Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərə rəhmət eləsin

Elbrus Bağırov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə