Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 8 noyabr – Zəfər Günü ilə bağlı silsilə tədbirləri davam etdirir -Fotolar
Tarix: 05-11-2022 | Saat: 10:44
Bölmə:Gündəm / Özəl | çapa göndər
4 noyabr 2022 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının dəstəyi ilə 48 saylı Ərazi Partiya Təşkilatı, Laçın rayon 1 nömrəli tam orta məktəbi 8 noyabr- Zəfər Günü ərəfəsində “44 Günlük Vətən müharibəsinin zəfəri” mövzusunda tədbir keçirib.
aia.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Partiya veteranları, Azərbaycan Respublikası Şəhid Ailələri ,Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Binəqədi Rayon Şöbəsinin nümayəndəsi (Şəhid Qardaşı) Rizvan Hüseynov ,şəhid ailələri, Qarabag müharibəsi qaziləri, döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Laçın rayon 1 nömrəli tam orta məktəbinin şagirdlərinin 8 noyabr- Zəfər Gününə həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgi nümayiş etdirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.Sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 48 saylı Ərazi Partiya Təşkilatının sədri, Laçın rayon 1 nömrəli tam orta məktəbinin direktoru Vəfa İsmayılova 8 noyabr - Zəfər Günü barədə ətraflı məlumat verdikdən sonra şagirdlərin hazırladıqları kompozisiyaları təqdim edildi.
Tədbirdə çıxış edən şəhid ailələri, qazilər, rayon ziyalıları, partiya fəalları Vətən Müharibəsindən bəhs edərək
2020 -ci il sentyabrın 27-də düşmənin təxribatlarına,qəfil hücumuna tutarlı cavab verən Rəşadətli Ordumuzun bütün cəbhə boyu ardıcıl qələbələrindən danışdılar.
YAP Laçın rayon təşkilatının veteran üzvü,rayon ziyalısı, əməkdar müəllim Varaşil Məmmədov çıxışlarda işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən şanlı tariximizdən - 44 günlük müharibədən bəhs etdi.
Şəhidlərimizin valideyinləri Vətən üçün Qəhrəman övladlar
yetişdirdikləri üçün iftixar hissi keçirdiklərini bildirdilər. Şəhid valideyinləri, qazilər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının şəhid ailələrinə ,qazilərə,müharibə iştirakçılarına göstərdiyi diqqət və qaygıya görə dərin təşəkkürlərini bildirdilər.
Azərbaycan Respublikası Şəhid Ailələri ,Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Binəqədi Rayon Şöbəsinin nümayəndəsi Rizvan Hüseynov çıxış edərək bildirdi ki, ordu-xalq- dövlət birliyinin nəticəsində Azərbaycanın rəşadətli ordusu iyirmi faizi düşmən tapdağında qalan torpaqlarımızı azad edərək Azərbaycan bayrağını azad olmuş ərazilərimizdə dalğalandırdı.
Həmçinin çıxış edənlər qeyd etdilər ki,xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirir.
Bu savaşda dövlətimiz bütün dünyaya öz gücünü, ordumuzun qəhrəman igidləri isə mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bu cür tədbirlərin əhəmiyyətindən danışdı və bildirdi ki,Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş
Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Artıq azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri reallaşıb.”
Tədbirdən foto şəkilləri təqdim edirik
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024