Mobil versiya
DTX-nin saxladığı iddia olunan nazir müavini: “Hazırda evimdəyəm, yaxın zamanlarda...”
Tarix: 04-11-2022 | Saat: 11:56
Bölmə:Manşet / Gündəm | çapa göndər

DTX-nin saxladığı iddia olunan nazir müavini:

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

aia.az "Gununsesi.info"ya istinadən xəbər verir ki, Elnur Əliyev evindıə olduğunu bildirib:

“Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025