Mobil versiya
Azərbaycan hər zaman razılaşma prinsiplərinə sadiq qalıb
Tarix: 03-11-2022 | Saat: 19:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan hər zaman razılaşma prinsiplərinə sadiq qalıb

31 oktyabr 2022 - ci il tarixdə Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu.
Bəyanatda qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olundu.
Göründüyü kimi Soçi görüşü növbəti görüşlərin müsbət nəticələr verməsi üçün nələrisə vəd edir. Əslində dünya ictimaiyyəti Ermənistan dövlətinin və dövlət başçısının qeyri ciddi, monopolist xarakterini aydınca bilsələr də görməzdən kimi davranırlar.
Səfər zamanı dövlət başçısı cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə ikitərəfli görüşü keçirilmişdir.
Görüşdə, dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradığı xüsusilə vurğulanmışdır. Eyni zamanda bildirilmişdir ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə Ermənistanla Azərbaycan arasında mövcud olan çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Görüşdə dövlət başçısı cənab İlham Əliyev onu da vurğulamışdır ki, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Üçtərəfli görüşdə dövlət başçılarının müzakirə etdikləri məsələlərdən biri də Rusuya sülhməramlılarının bundan sonrakı dövrdə xidmət kriteriyaları oldu.Eyni zamanda tərəflər arasında keçirilən görüşlər zamanı təxirəsalınmaz məsələlərin ön plana çəkilməsi, xüsusilə humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunması, dövlət başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir.
Bəyanatda tərəflər arasında təhlükəsizliyin qorunması baxımından Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı bir daha qeyd edilmişdir.
Azərbaycan Prezidentin mövqeyi dürüst və beynəlxalq hüquqa cavab verir.Tərəflər bu prinsiplərlə razılaşmalıdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025