Mobil versiya
ABŞ Türkiyəyə təşəkkür edib
Tarix: 03-11-2022 | Saat: 09:26
Bölmə:Özəl / Karusel | çapa göndər

ABŞ Türkiyəyə təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

aia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir.

Məlumata əsasən, telefon danışığı zamanı nazirlər Ukraynadakı son hadisələri, xüsusilə taxıl dəhlizi problemini müzakirə ediblər. M.Çavuşoğlu E.Blinkenə Türkiyənin taxıl sazişinin problemsiz davam etməsi üçün atdığı təşəbbüslər barədə məlumat verib. ABŞ dövlət katibi Türkiyənin təşəbbüsləri nəticəsində dəhlizin bərpasına görə təşəkkür edib.

Nazirlər həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin F-16 parkının modernləşdirilməsini müzakirə ediblər.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə