Mobil versiya
Laçın rayon 28 nömrəli tam orta məktəbində 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. -Fotolar
Tarix: 02-11-2022 | Saat: 19:57
Bölmə:Özəl | çapa göndər

Laçın rayon 28 nömrəli tam orta məktəbində 8 noyabr-Zəfər  Gününə həsr olunmuş tədbir keçirilmişdir.

02 noyabr 2022-ci il tarixində Laçın rayon 28 nömrəli tam orta məktəbində 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər Zəfər Gününə aid şerlər söyləmiş, kompozisiyalar nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatıni sədri İlqar İlyasov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Şanlı Zəfər Günü barədə Ətraflı məlumat verərək ,Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasətindən və Vətən Müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açaraq Şanlı Qələbənin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdıran natıq, ölkəmizin dayanıqlı sülhün bərqərar olunması istiqamətində apardıgı ugurlu işlırdən bəhs etdi. İlqar ilyasov noyabr ayının xalqımızın tarixində mühüm əhəmiyyətli hadisələrlə zəngin olmasını vurguladı. Beləki,Möhtəşəm Zəfər Bayramını qeyd etdiyimiz bu ay həmçinin Yeni Azərbaycan Partiyasının təsis olmasının 30 illik yubiley tarixini özündə ehtiva edir.
Daha sonra çıxış edən məktəbin direktoru Nofəl İsmayılov və digər çıxışçılar qəhrəmanlıq tariximizdən danışdılar.

Elbrus Bağırov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə