İşxan Sağatelyan yenə də öz ampluasındadır
Tarix: 01-11-2022 | Saat: 12:54
Bölmə:Karusel / Özəl | çapa göndər
Ermənistan parlamentinin sabiq sədr müavini,“Müqavimət” hərəkatının koordinatoru İşxan Sağatelyan bu gün “Lazarev klubu”nun sessiyasından əvvəl verdiyi bəyanatda revanşist mövqedə qaldığını və rəhbərlik etdiyi fraksiyanın əslində erməni xalqının daha böyük fəlakətlərə yuvarlanması üçün əllərindən gələni edəcəyini bildirmişdir. O, qeyd etmişdir ki, “Rusiya Federasiyası Prezidentinin bəyanatı çox aydın idi, biz onu da qeyd etdik ki, Artsaxın öz müqəddəratını təyinetmə hüququnu məhdudlaşdıran istənilən sənədə ( bu sənədi istər Amerika, istər Rusiya, istər Çin, istərsə də Hindistan təqdim etmiş olsa belə) qarşı çıxacağıq. Saqatelyan qeyd edib ki, “Nikol Paşinyanın 5 min yaşlı insanların taleyini təkbaşına həll etmək kimi hüququ və mandatı yoxdur”.
Müharibə ritorikasından hələ də əl çəkməyən revanşist qüvvələrin liderlərindən biri olan bu erməni hələ də anlamaq istəmir ki, “dəmir yumruq” yerində qalır və hər baş qaldırdıqca başları əzilməkdə davam edəcəkdir. Hər dəfə burunları əzildikcə Azərbaycanın zərbələrindən başları gocəllənən, məhv edilmiş əsgərlərinin meyidlərinə belə yiyəlik edə bilməyən bu toplum haradan bir yağlı vəd alırsa dərhal o tərəfə yıxılır. Dünənə qədər Nensi Pelosinin gəlişindən məst olub xumarlananlar bu gün Putinin bəyanatını eşidib dərhal Rusiyanın ayağına doğru sürünməyə başlayıblar.
Sağatelyanın “Ölkənin yeni kapitulyasiyaya düşməsinin qarşısını almağın, mövcud vəziyyətdən çıxmağın yeganə yolu ictimai, xalq üsyanıdır. Anonsumuz bitməyib, Artsaxdakı görüşdən dərhal sonra cavab verəcəyik və yaxın gələcəkdə təsəvvür etdiyimiz mübarizə forma və üsullarını təqdim edəcəyik. Sizi əmin edirəm ki, biz hər şeyi edəcəyik” fikri bunu bir daha sübut edir.
Şəmsi Qoca
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024