Mobil versiya
Azərbaycan VII regional “Skillshare 2022” tədbirində təmsil olundu -Fotolar
Tarix: 31-10-2022 | Saat: 12:32
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan VII regional “Skillshare 2022” tədbirində təmsil olundu

26-28 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil olunan, 46 ölkədən ümumi sayı 150-dən artıq iştirakçısı olan VII “IFRC Fundraising and Communications Skillshare” (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının 7-ci regional "Fandreyzinq və Kommunikasiya") tədbirində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Vüsal Səfərli, Kuseba Teymur və Nuranə Həsənova Azərbaycanı təmsil ediblər.

Qeyd edək ki, Azərbaycanla yanaşı həmin tədbirdə: Avstriya, Bəhreyn, Belarusiya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada,
Danimarka, Efiopiya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İraq, İrlandiya, Qazaxıstan, Keniya, Qırğızıstan, Litva, Lüksemburq, Meksika, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, Hollandiya, Polşa, Portuqaliya, Qətər, Ruminiya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveç, İsveçrə, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Böyük Britaniya, ABŞ və Özbəkistan kimi ölkələrin Milli Cəmiyyətləri və təmsilçiləri də iştirak ediblər. Həmçinin tədbirdə “Meta”, “Twitter”, Beynəlxalq Qızıl Xaç Komitəsi, “WWF International”, “Salesforce”, “Euronews” və digər təşkilatlar iştirak edib
Beynəlxalq Fandreyzinq və Kommunikasiya “Skillshare” tədbiri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası tərəfindən 2014-cü ildən etibarən həyata keçirilir. Üç gün davam edən, BQXQACF və Türk Kızılayı tərəfindən təşkil olunan hazırki “Skillshare 2022” tədbirinin əsas məqsədi hərtərəfli fandreyzinq və kommunikasiya potensialının inkişafı proqramının təqdim edilməsi, Milli Cəmiyyətlər arasında ən faydalı təcrübələrin bölüşdürülməsi və ələqələrin gücləndirilməsidir.

Tədbir sessiyasında, AzQAC əməkdaşları Nuranə Həsənova və Kuseba Teymur çıxış edərək, 2021-2022-ci il ərzində Azərbaycanda keçirilən fandreyzinq və marketinq sahəsində bazar araşdırması haqqında digər iştirakçılara məlumat veriblər. Həmin araşdırmanın əsas nəticəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətində rəqəmsallaşdırma tədbirlərinin başlanması və AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış "YARDIM.ET" adlı İanə İdarəetmə Sisteminin yaradılmasını qeyd etmək olar
"YARDIM.ET" sistemi çərçivəsində HÖP, ASAN Pay, SMS, MilliÖn, eManat, hesab.az, ePul, bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-03-2025