Azərbaycan-Gürcüstan çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafı Avropa İttifaqı ölkələrinin maraqlarına da cavab verir
Tarix: 31-10-2022 | Saat: 09:31
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və Gürcüstan arasındakı əlaqələr ölkələrimiz və xalqlarımız tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Bu gün isə bu iki qonşu dövlət artıq strateji tərəfdaş ölkələr olaraq bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Eyni zamanda qeyd olunmalıdır ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri və töhfələri xüsusilə böyükdür və bu fakt öz əksini Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvilinin mətbuata bəyanatla çıxışında da öz təsdiqini tapıb.
Qonşu ölkənin Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin təşkil olunması bu ölkənin səmimi qonşuluq münasibətlərinin və ölkəmizin ərazi bütövlüyü məsələsinə münasibətdə birmənalı mövqeyinin nümayişi kimi qiymətləndirilməlidir. Möhtərəm dövlət başçımızın oktyabrın 24-də Gürcüstana səfəri çərçivəsində “Qarabağ xanlığının irsi” sərgisini Gürcüstanın Baş naziri ilə birgə ziyarət etmələri sadəcə mədəni tədbir deyil. Bu tədbir birmənalı olaraq həm də mühüm siyasi önəm kəsb edən bir hadisədir. Sərgidə nümayiş etdirilən çoxsaylı sənəd və artefaktların dünyaya Cənubi Qafqazda tarixən mövcud olmuş Gürcüstan dövlətinin təşəbbüsü ilə təqdim olunması da Azərbaycan həqiqətlərinin daha bir əsaslı təsdiqidir.
Demək lazımdır ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri mühüm regional əhəmiyyət kəsb edir. Eyni zamanda da bu əlaqələrin inkişafında bütün Avropa ölkələrinin maraqlı olduğu danılmaz faktdır. Bu isə o deməkdir ki, cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına yeni dinamika verməklə, Avropanın enerji təhlükəsizliyi məsələsinə də önəmli töhfə olacaq. “Qarabağ xanlığının irsi” sərgisini ziyarət etdikdən sonra mətbuata bəyanatla etdiyi çıxışında dövlət başçımızın qeyd etdiyi kimi, Gürcüstan və Azərbaycan arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub və dövlətlərimiz arasında əlaqələr də bu möhkəm təməl üzərində formalaşıb. Artıq uzun müddətdir ki, bu strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qalxıb. Ölkələrimiz arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Xüsusilə vurğulamaq lazımdır ki, icra olunan bir çox birgə layihələr, xüsusilə də enerji təchizatı ilə bağlı beynəlxalq layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. O cümlədən bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum da Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsini şərt olaraq ortaya qoyur. Memorandumun müddəaları növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracağını nəzərdə tutur. Azərbaycanın Avropaya təkcə qaz ixracatı 2027-ci ildə 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, növbəti ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaq. Həmçinin neft və qaz kəmərlərindən başqa Azərbaycandan Avropaya elektrik enerjisinin ixrac istiqaməti də məhz Gürcüstandan keçir. Beləliklə, Azərbaycan-Gürcüstan əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb etməklə bütün Avropa İttifaqı ölkələrinin maraqları baxımından böyük önəm kəsb edir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024