Mobil versiya
R. T. ƏRDOĞAN ZƏNGİLAN BEYNƏLXALQ HAVA LİMANINA ENƏN İLK DÖVLƏT BAŞÇISI OLDU
Tarix: 29-10-2022 | Saat: 14:41
Bölmə:Özəl | çapa göndər

R. T. ƏRDOĞAN ZƏNGİLAN BEYNƏLXALQ HAVA LİMANINA ENƏN İLK DÖVLƏT BAŞÇISI OLDU

Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə bu ölkəyə birgünlük işgüzar səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan şəhərində olub.
  R.T.Ərdoğanı aparan təyyarə Azərbaycanın işğaldan azad edilmiş ərazisində Türkiyə şirkətlərinin töhfələri ilə inşa edilən ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanına enib.
  Azərbaycanlı həmkarı tərəfindən qarşılanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı sayılır.
Yeni hava limanının açılış lentini kəsən Ərdoğan və Əliyevə hava limanının rəmzi açarları təqdim olunub. Sonra prezidentlər Dost Aqropark Zəngilan Ağıllı Kənd Təsərrüfatı Rayonu Layihəsinin birinci mərhələsinin açılışını ediblər. Daha sonra onlar Cəbrayıl şəhərinə gedərək Qumlaq vağzalının, həmçinin Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzinin, Ağıllı Fidan və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində olublar.
  R.T.Ərdoğan və İ.Əliyev təşkil edilən birgə mətbuat konfransında iştirak və çıxış ediblər.
  Ərdoğan deyib: “Qarabağ Fəaliyyət Planı çərçivəsində başda kənd təsərrüfatı, yaşıl enerji və ağıllı şəhərlər olmaqla bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırıq.
Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub. Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.
Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.
Onun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə