YENİ AZƏRBAYCAN PARTİYASI, ÜMUMXALQ PARTİYASIDIR
Tarix: 28-10-2022 | Saat: 19:43
Bölmə:Gündəm | çapa göndər
YAP Ümummilli Lider Heydər Əliyevin siyasi mirası kimi cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən aparıcı təşkilat-dinamik qüvvədir. Partiya ötən 30 il müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb. Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev partiyanın keçdiyi tarixi yoldan danışarkən bildirib: "Partiyanın şox böyük tarixi var, partiya ulu ulu öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizə müxalifət partiyası olaraq başlamışıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak edib.Bu bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır”.
Partiyamızın, onun liderinin, əsas amalı ərazi bütövlüyümüzün bərpa edilməsi olmuşdur. 44-günlük vətən müharibəsindəki tarixi Zəfərimiz partiyamızın sədrinin, Müzəffər Ali Baş Komandanımızın qələbəsidir, Heydər Əliyev siyasi kursunun təntənəsidir. Yeni Azərbaycan Partiyası daim tutduğu yola, fəaliyyəti üçün seçdiyi prinsiplərə sadiq olub, Partiyamızın Sədri Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, partiyanın əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatları. Dövlət başçısı onu da qeyd edib ki,Yeni Azərbaycan Partiyası sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır: “Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır...Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki,bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq”.
Bu gün inamla deyə bilərik YAP ümumxalq partiyasıdır.Yeni Azərbaycan Partiyası sistemin monolit gücü və avanqard siyasi institutdur. Başqa sözlə,YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu qüvvəsidir. YAP eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Bəllidir ki, YAP müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi. Müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. YAP göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı olmaq deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanan fəaliyyət göstərməkdir. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycan siyasi sistemini formalaşdırdı, siyasi mədəniyyətin təşəkkülünü təmin etdi. YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirir. Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında rolunun artması,idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz sıralarında birləşdirməklə yanaşı,yeni nəslin hərtərəfli inkişafı,vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.Prezident İlham Əliyevin qeyd etdiyi kimi:”Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu çox müsbət haldır. Bu onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki,bugünkü iqtidarın apardığı yeganə düzgün siyasətdir”. Mühüm məqamlardan biri budur ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Burada diqqətçəkən məqam ondan ibarətdir ki,hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində özünü aydın şəkildə ifadə edir. 2003, 2008, 2013 və 2018-ci ildəki prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin möhtəşəm qələbələr qazanması buna sübutdur. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib.YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın qələbələr qazanması xüsusi vurğulanmalıdır.Bu qələbələri şərtləndirən əsas faktor partiyanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirməsidir.Digər mühüm amillərdən biri YAP-ın daim yeni,müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
Beləliklə,Yeni Azərbaycan Partiyası ötən 30-il ərzində böyük inkişaf yolu küçib və bir çox uğurlara imza atıb.Bütün bunlar deməyə əsas verirki,ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək.Dövlət başçısının qeyd etdiyi kimi :”Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının,onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi, bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, mən də partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.”
Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Xüsusilə, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə,ölkəmizin tərəqqisinə yeni təkan və töhfə olacaq. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi.Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımından yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə həm Yeni Azərbycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyuldu. YAP-ın ayrılmaz qollarından olan Cəbrayıl rayon təşkilatında ötən illərdə daima Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq olub və bundan sonra da sadiq olacaq, Partiyamızın Sədri, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız ətrafında sıx birləşərək,ümumi qələbəmiz naminə mübariz olacaqdır. Şübhə yoxdur ki,ümumxalq partiyası,Zəfərlər partiyası olan YAP cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Arif Fərzəliyev
Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025