Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri
Tarix: 25-10-2022 | Saat: 17:54
Bölmə:Siyasət | çapa göndər

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulacağını, soydaşlarımız üçün ən yüksək yaşayış şəraitinin yaradılacağını bildirdi. Bu gün bütün işlər bu hədəfə yönəlib. Ölkə Prezidenti oktyabrın 19-da Qubadlı rayonuna sayca 3-cü səfərini etdi. 2020-ci ilin 23 dekabrında reallaşdırdığı ilk səfəri Qubadlıda Azərbaycan Bayrağının ucaldılması ilə yadda qaldı. Bu, qalibiyyətimizin təqdimatı oldu. Növbəti səfər ötən il 25 oktyabr tarixində olub. Həmin səfər zamanı Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının, rayonda Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçısı İlham Əliyev bu günlərdə reallaşdırdığı səfər zamanı isə “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldu, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlyqoma mərasimlərində iştirak etdi. Ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim olundu.
44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi, şəhərdə Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalandı.Vətən müharibəsi başlayanda xalqımız birlik nümayiş etdirərək ərazimizin bütövlüyü uğrunda döyüşə atıldılar. Bir neçə həftə ərzində artıq qəhrəman oğullarımız Cəbrayılı, Füzulini, Zəngilanı işğaldan azad etdilər. Artıq yolumuz Qubadlıya idi. Qubadlının işğaldan azad edilməsi xüsusi peşəkarlıq tələb edirdi. Çünki bu ərazilər coğrafi baxımdan həm Ermənistanla sərhəd idi ,həm də çətin keçilən yüksəklikləri var idi. Əvvəlcə strateji əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Bundan sonra Azərbaycan silahlı qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədilər. Qubadlının azad olunması artıq böyük qələbəni yaxınlaşdırırdı. Həqiqətən də sonrakı həftələrdə Şuşanın azad olunması Ermənistanı məğlub olma aktına qol çəkməsi ilə nəticələndi.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
2020-ci il 23 dekabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən addımlarla zəngindir. Hazırda Qubadlı ərazisində quruculuq, abadlıq işləri aparılır. İndi qarşıda duran ən şərəfli mühüm vəzifə, Vətən müharibəsində əldə edilmiş qələbəni qorumaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa etmək, qurub gülüstana çevirmək və insanların tez bir zamanda doğma yurda əbədi qayıdışına zəmin yaratmaqdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025