Mobil versiya
Sahibə Qafarova MDB PA-nın tədbirlərində iştirak edəcək
Tarix: 25-10-2022 | Saat: 16:45
Bölmə:Siyasət | çapa göndər

Sahibə Qafarova  MDB PA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aia.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlardan Sabir Hacıyev, Rasim Musabəyov, Nizami Səfərov, Mixail Zabelin, Rauf Əliyev, Əminə Ağazadə, Emin Hacıyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Assambleyanın Şura və Plenar iclaslarında gündəliyə çıxarılacaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025