Mobil versiya
AZƏRBAYCAN,TÜRKİYƏ BİRLİYİ SARSILMAZDIR !
Tarix: 24-10-2022 | Saat: 10:38
Bölmə:Siyasət | çapa göndər

AZƏRBAYCAN,TÜRKİYƏ BİRLİYİ SARSILMAZDIR !

CƏBRAYIL ŞƏHƏRİNDƏ, QARDAŞ TÜRKİYƏ PREZİDENTİNİN RƏSMİ QARŞILMASI MƏRASİMİ, ŞƏRQİ ZNGƏZUR İQTİSADİ RAYONUNDA BİR İIKDİR !

30 il davam edən işğal dövründə erməni vandalları bizim bütün şəhərlərimizi, kəndlərimizi dağıtmış, yerlə bir etmişlər. Bu illər ərzində Azərbaycana hədsiz dərəcədə maddi və mənəvi ziyan vurulub, mədəni və dini-tarixi abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət olub ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yerləri olmasın. Lakin rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq işğala son qoydu və bütün torpaqlarımızı düşməndən təmizlədi.

İkinci Qarabağ savaşının tarixində əldə edilmiş önəmli qələbələrdən biri də Zəngilan şəhərinin işğaldan azad edilməsidir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Bu tarixi gündən düz iki il sonra, 20 oktyabr 2022-ci il tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava limanının birgə açılışını etdilər. Həmin gün Türkiyə Prezidenti Zəngilan və Cəbrayıl şəhərlərinə səfər etmişdir. Möhtərəm dövlət başçımız oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, belə bir tarixi gündə cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfəri böyük əhəmiyyət kəsb edən hadisədir. Həmçinin cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, hərbi əməliyyatların gedişinə müdaxilə etmək fikrində olan bütün qüvvələri durdurdu.

Bu gün Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqaz regionunda çox önəmli bir amilə çevrilmişdir. Bu birlik Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına ciddi gözaydınlığı, eyni zamanda da, bütün dünyaya ciddi mesajdır. Bu gün ölkəmizin hər şəhərində, hər kəndində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin və xalqlarımızn birliyinin ən bariz nümayişidir. Həmçinin bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa Türkiyə və Azərbaycan Prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin bütün işlərdə hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişidir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024