Mobil versiya
ATƏT -in Minsk Qrupu tarixin arxivinə qovuşub
Tarix: 23-10-2022 | Saat: 10:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

ATƏT -in Minsk Qrupu tarixin arxivinə qovuşub

44 Günlük Vətən Müharibəsi Azərbaycana qarşı bir çox ölkələrin münasibətinin pərdəarxası tərəflərini aşkarladı. Bəzi ölkələr demokratiya, ədalət carçısı kimi özlərini təqdim etsələr də hadısələr aşkar şəkildə həmin dövlətlərin əsil simasını və mövqeyini göstərdi. Ermənistan kimi işgalçı dövləti açıq- aşkar dəstəkləmək seperatizmi,nvandalizmi dəstəkləməkdir.
Fransa da bu qəbildən olan
ölkələrdəndir. Hətta, demək olar ki, birincisidir.

Nələr baş verdi Fransa ATƏT - in Minsk Qrupunun üzvü oldugu halda açıq şəkildə tərəflərdən birini-işgalçı Ermənistanı dəstəkləməsi bu qrumun ömrünün başa çatdıgına dəlalət edir.
Az qala əlinə silah alıb Azərbaycana qarşı döyüşməyə qərar verməkdən belə çəkinməyəcək bir ölkə necə barışıq kordinatoru və ya vasitəçisi ola bilər?
Tarix çox simaların maskaların cırıb. Fransa Prezidenti Makron da bu proseslərdə ermənipərəst mövqeyi bu ölkənin nüfuzuzuna güclü zərbə vurdu. Ermənipərəst dövlət və qatı ermənisevər dövlətlər və dövlət başçıları Azərbaycanın və haqqı dəstəkləyən dövlətlərin qınaq hədəfinə çevrildilər.

Hadisələr Fransanı və ATƏT-in Minsk Qrupunun digər üzvlərinin birtərəfli mövqelərini aşkarladı.
Bu arada Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoyaraq ATƏT-in Minsk Qrupunun “vasitəçilik” missiyasından imtina etdi.
Ermənisevər bir qrum özünü ədalətsizliyi ilə tarixin rüsvayçı məzarlıgında gömdü.
Dövlətimizin hadisələrə çevik yanaşması, dövlət başçısının prinsipial mövqeyi düşmən tərəfinin haqsız mövqeyini dəstəkləyən, açıq şəkildə erməni vandalizminə haqq qazandıran haqsız bir qrumu proseslərdən kənarlaşdırdı.
Nələr baş verdi ABŞ, Fransa ATƏT -in Minsk Qrupunun üzvüləri kimi ermənistanın işgalçı əməllərinə bəraət qazandırmaq üçün dəridən qabıqdan çıxdılar.

Sərsəm çıxışlarla yenə əvvəlki tək Azərbaycana təsir edəcəklərini düşündülər. Ancaq ,yanılırdılar artıq ag-qaradan seçilirdi. Azərbaycan dövləti açıq şəkildə bəyan etdi ki, heç bir dövlət, heç bir qüvvə Azərbaycanın daxili işinə qarışa bilməz.
Zaman yetişdi,Azərbaycan Ordusu döyüş meydanında öz gücünü,qüvvəsini göstərdi.
Azərbsycanın tarixi- əzəli torpaqları düşmən tapdagından təmizləndi.
Dünyaya haqqın- ədalətin bərqərar olmasını nümayiş etdirdik.
Fransa kimi ermənipərəst ölkələrin bizə dərs keçməsinə şərait yaratmadıq.
Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında bu detallar aydın şəkildə izahın tapır.
Öz çıxışında cənab Prezident bildirdi ki, Azərbaycan Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Göründüyü kimi Azərbaycan dövlətinin gücü və qətiyyəti hesabına ölkəmizin mövqeyini heç bir qüvvə sarsıda bilməz.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024