Mobil versiya
MÜSTƏQİLLİYİN ƏLDƏ OLUNMASI NƏ QƏDƏR ÇƏTİNDİRSƏ, ONUN SAXLANILMASI, DAİMİ, ƏBƏDİ OLMASI BUNDAN DA ÇƏTINDIR – ŞƏRH
Tarix: 20-10-2022 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

MÜSTƏQİLLİYİN ƏLDƏ OLUNMASI NƏ QƏDƏR ÇƏTİNDİRSƏ, ONUN SAXLANILMASI, DAİMİ, ƏBƏDİ OLMASI BUNDAN DA ÇƏTINDIR –


Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Heydər ƏliyevAzərbaycan xalqının ümummilli lideri




Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.

Məlum olduğu kimi, xalqın bir millət kimi formalaşmasının əsas şərtlərindən biri onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Buna görə də, ulu öndər Heydər Əliyev mövcud reallığı nəzərə alaraq, xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün ömrü boyu çalışmış, hətta kommunist rejiminin çətin şəraiti də onu bu yoldan çəkindirə bilməmişdir. Xalqların milli-mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin aşılandığı bir dövrdə Heydər Əliyev xalqımızın zamanın sınaqlarından çıxmış üstün milli-mənəvi dəyərlərinin saxlanılması üçün yorulmadan çalışaraq buna müvəffəq olmuşdur.

hələ sovetlər dönəmində Rusiyada fəaliyyət göstərən “Suvorov”, “Naximov” uşaq hərbi məktəbləri ilə yanaşı, milli respublikalar arasında ilk dəfə və yalnız Bakıda da belə bir məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Heydər Əliyev buna nail oldu və 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının ölkəmiz müstəqillik qazandıqdan sonra, milli ordu quruculuğu sahəsində əvəzsiz rol oynaması ulu öndərin siyasi uzaqgörənliyinin bariz təsdiqidir.

Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır.

Xalqın iradəsinin təntənəsi, itirilmək təhlükəsində olan müstəqilliyin xilası

Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən, ulu öndər Heydər Əliyevin xalq arasında hörmət və siyasi nüfuzuna söykənməklə, bilavasitə onun liderliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyasının siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi.


Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,

Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,

YAP-ın fəal üzvü

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025