Mobil versiya
Füzuliyə doğma nəfəs gəlib
Tarix: 19-10-2022 | Saat: 12:40
Bölmə:Siyasət | çapa göndər

Füzuliyə doğma nəfəs gəlib


Qürurla qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu tarixi günlərdə demək olar ki, hər gün Ali baş Komandan tərəfindən kənd, qəsəbə və şəhərlərimizin azad edildiyi bəyan edilirdi. 30 il işğal faktı ilə barışmayan xaqlımız üçün bu tarixi günlər böyük sevinc və qürür hissi ilə qarşılanırdı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlərimizin olması bizlər üçün çox çətin olmasına baxmayaraq, qələbə xəbərləri bizi ruhlandırıdı. Canını bu torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərin ruhu şad olurdu. Füzuli şəhərinin erməni işğalından azad edilməsi də mühüm tarixi və strateji əhəmiyyətə malik idi. Çünki 30 ilə yaxın bu ərazilərdə özləri üçün keçilməz adlandırdıqları istehkalmlar quran mənfur düşmən güclü Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyib qaçmağa, torpaqlarımızı tərk etməyə məcbur qalıb.

Yeri gəlmişkən, Füzulinin rayonunun böyük hissəsi 23 avqust 1993-cü il tarixində Ermənistan tərəfindən işğal olunmuşdu.. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərilərək Füzuli rayonu adlandırılıb. Eyni zamanda işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olub. Tarixi “Horadiz Əməliyyatı” zamanı ulu öndər Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə Füzulinin bir sıra yaşayış məntəqələrinin azad edilməsi ilə nəticələnib. 5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etmək məqsədilə təşkil edilmiş hücum nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunub. Məhz o dövrdə də, işğaldan azad olunmuş ərazilərdə rayon əhalisinin 50 faizə qədəri yaşayıb. Vətən Müharibəsi dövründə Füzuli şəhəri azad edilənə qədər onun bir neçə yaşayış məntəqəsi kənd və qəsəbələri erməni təcavüzçülərindən təmizlənmişdi. Məhz 2020-ci ilin 17 oktyabrında Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilməsi qələbəyə doğu gedən yolda mühüm dönüş nöqtələrindən bir hesab edilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi Füzuli şəhəri azad olunan günə qədər rayonun 62 yaşayış məntəqəsi erməni qəsbkarlarından təmizlənmişdi.

Qeyd edək ki, bu gün Füzuli öz azadlığının ən şərəfli günlərini yaşayır. Çünki rayon yenidən qurulur, bərpa edilir. Qısa zamanda Füzulu Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi çox mühüm əhəmiyyətə malik idi. Qarabağ hava qapısı hesab edilən Füzuli Beynəlxalq Hava Limanı artıq bu bölgədə yenidən canlanmaya həyatın qayıtmasına mühüm imkanlar açır. Füzuli erməni işğalı zamanı tamamilə dağıdılıb, məhv edilən rayonlarımızdan biridir. Barbar, vandal ermənilər Füzulidə daş-daşı üstündə qalmağa qoymayıb. Amma bu gün Füzulinin əsl sakinləri geri qayıdır.

Ən əsası, Füzuliyə doğma nəfəs gəlib və qısa zamanda bu rayonumuz da ən müasir standartlara uyğun qurulub-bərpa ediləcək və füzulililər öz ata-baba yurdlarına qayıdaraq, əbədi olaraq xoşbəxt yaşayacaqlar.

Siyavuş Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kən ərazi partiya təşkilatının sədri
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025