Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı
Tarix: 18-10-2022 | Saat: 11:33
Bölmə:Siyasət | çapa göndər

1993-cüilavqustun 23-dənErmənistanın işğalı altında qalan Füzulinin 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsi həm hərbi, həm də tarixi baxımdan böyük əhəmiyyət kəsb edir.44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tarixinin ən şanlı səhifələrini yazaraq tarixi yurd yerlərimizi düşmən işğalından azad etdi. Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsini yazdı.Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad etməklə öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirmiş oldu.Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi ərəfəsində aparılmış ən ağır döyüşlərdən biri kimi yadda qaldı. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi.Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu.
Qazanılmış qələbədən 2 il keçməsinə baxmayaraq dövlət başçısı Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, tez bir zamanda Qarabağda həyatın bərpasına zəmin yaradır. Prezident Qarabağda o cümlədən Füzuli rayonunda əhalinin yaşayışının yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır. Asfalt yolların çəkilişi yaşayış binalarının xəstəxanaların, hərbi hissələrin və başqa infrastruktur obyektlərinin tikilməsi Qarabağa həyatın qayıtmasına təkan vercək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır.
Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Artıq Qarabağın bütün ərazisində olduğu kimi Füzulidə də bərpa işləri həyata keçirilməkdədir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirib.Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır.Qələbəmiz şanlı, ədalətli qələbədir. Azərbaycan xalqının əzəli və tarixi yurdları təxminən 30 ildən sonra azad edildi, uzunillik Vətən həsrətinə son qoyuldu. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025