Möhtəşəm Qələbəmizin təməli olan xalq-iqtidar birliyi Azərbaycanın 2003-cü ildə etdiyi tarixi seçiminin parlaq nəticəsidir
Tarix: 16-10-2022 | Saat: 14:00
Bölmə:Gündəm | çapa göndər
2003-cü il oktyabr ayının 15-i müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyət kəsb edən gündür. Çünki məhz həmin gün Azərbaycan xalqı ölkənin bundan sonra hansı yolla gedəcəyinə dair qəti qərar verməli idi. Bu qərardan asılı olaraq ya ölkədə Heydər Əliyev siyasəti davam edəcəkdi, ya da Azərbaycan yenidən təhlükə və fəlakətlərlə üz-üzə qalacaqdı. Lakin Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək öz düzgün qərar qəbul etdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndərin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə, öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Xalqımızın 2003-cü ildə ən doğru seçim etdiyini isə, həmin vaxtdan ötən dövrün hər günü və bugünkü möhtəşəm reallıqlar təsdiq edir. Həmin ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza, əlverişli və getdikcə daha da möhkəmlənən mövqelərə malik olan bir ölkəyə çevrilib. Azərbaycanın ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var.
Təbii ki, bu nailiyyətlər bir tərəfdən lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Prezidentini birmənalı və qəti olaraq dəstəkləməsi və digər tərəfdən də Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasəti nəticəsində əldə olunmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib. O cümlədən 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın artıq sadəcə regional deyil, həm də ümumdünyəvi əhəmiyyət kəsb edən, qlobal miqyaslı layihələrin həm təşəbbüskarı, həm də ən vacib iştirakçısı kimi dünya dövlətləri tərəfindən qəbul edildiyi bir daha təsdiqləndi. Bir neçə il bundan öncə neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Bu nəhəng layihələrin xalqımız və dövlətimiz üçün əhəmiyyətini düzgün qiymətləndirə bilməkdən ötrü Azərbaycanın iki il bundan öncə apardığı və tarixi Qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin gedişinə və nəticələrinə bir daha nəzər salmaq kifayətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz siyasi suverenliyimizi də təmin edə bilməzdik. Əgər bizim siyasi suverenliyimiz olmasaydı, o zaman bizə müharibə aparmağa və xüsusən də onu zəfərlə başa çatdırmağa imkan verməzdilər. İqtisadi müstəqillik isə ilk növbədə məhz Cənub Qaz Dəhlizi kimi möhtəşəm layihələrin uğurla reallaşdırılması sayəsində əldə olunur.
Cənab İlham Əliyevin Prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Dövlətimizin başçısı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu gün Azərbaycanda müşahidə olunan demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə edilmiş yüksək nailiyyətlər xüsusi olaraq vurğulanmalıdır. Dövlət başçımızın təşəbbüsləri ilə demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi bu gün Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə demokratik cəmiyyətin davamlı inkişafından xəbər verir.
Əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə xalqımızın çoxəsrlik şanlı tarixinin ən böyük və ən şərəfli hadisəsidir. Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi istiqamətində ilk mühüm addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olduğunu bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, əks halda isə müharibə yolunun da mümkünlüyünü vurğulamışdır. Həmçinin Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi missiyansını məhz Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Məhz 2003-2020-ci illər ərzində Azərbaycanda ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində davamlı olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət tarixi Qələbəyə aparan yolun ən mühüm amilidir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş əhəmiyyətli islahatlar Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı vermişdir. Hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər. Sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, bütün dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da tarixi Qələbəni təmin edən əsas amillərdəndir. Bu gün dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi mövcuddur. Prezident İlham Əliyevin siyasəti və səyləri nəticəsində əldə olunmuş bu möhtəşəm birlik böyük Qələbəmizin ən etibarlı təməli olmuşdur.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
10:04 Müqavilə-hüquq bazası.
22-01-2025