2003--ci il oktyabrın 15-də xalqımız inkişafa, tərəqqiyə səs verdi
Tarix: 16-10-2022 | Saat: 10:06
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan xalqı görülən işləri yüksək qiymətləndirərək inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 19 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də uğurla gerçəkləşmiş, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənmişdir. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuş, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırmışdır. Eyni zamanda 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən olmuşdur.2003-2022-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış edərək Azərbaycanın haqq səsinin dünyada eşidilməsini təmin etməklə yanaşı 30-ildən çox işğalda qalan torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza Şanlı qələbəni yaşatmışdır.
Şamo Qasımov
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
10:04 Müqavilə-hüquq bazası.
22-01-2025