Şəhid övladlarına şamil edilən imtiyazlara düzəliş edilsin - TƏKLİF
Tarix: 14-10-2022 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Müşfiq Cəfərov şəhid övladlarına şamil edilən imtiyazlara düzəliş edilməsini təklif edib.
aia.az-ın məlumatına görə, deputat bildirib ki, Azərbaycanda şəhid övladı olan şəxs 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olurlar.
“Gəncədən olan şəhid övladları bizə müraciət edərək bildirirlər ki, 18 yaşdan sonra imtiyazlar ləğv edildiyindən iş tapmaqda da çətinlik çəkirik. Amma nəzərə almaq lazımdır ki, mentalitetimizə uyğun olaraq ölkədə valideynlər bütün ömrü boyu övladlarına dəstək olurlar. Düşünürəm ki, şəhid övladlarının himayədarı Azərbaycan dövlətidir. Şəhidin varisi olan həyat yoldaşı və ya anası vəfat etdikdə onun ev növbəliliyi ləğv olunur. Bu hüquq şəhid qardaşı və ya bacısına keçmir. Hesab edirəm ki, imtiyazlara yenidən baxılması dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının gücləndirilməsinə öz töhfəsini vermiş olar”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
10:04 Müqavilə-hüquq bazası.
22-01-2025