Mobil versiya
Çingiz Zeynalov: Azərbaycan səbr və təmkin göstərir
Tarix: 13-10-2022 | Saat: 14:54
Bölmə:Siyasət | çapa göndər

Çingiz Zeynalov: Azərbaycan səbr və təmkin göstərir


Analitiklər Praqa görüşlərinin nəticələrini Azərbaycan Prezidenti İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi dəyərləndirirlər.Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşlərdə əldə olunmuş nəticələr qalib ölkənin dünyada böyük nüfuzunun göstəricisi, ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq Praqa görüşündə bir sıra mühüm razılaşmalar əldə edildi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.Azərbaycanın televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib. Güman edilirdi ki, Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verdi. Azərbaycan isə bu komissiya ilə əməkdaşlığa hazır olduğunu bildirdi. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaqdır. Bəyanatda qeyd edildiyi kimi, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu məqsədlə BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəf olduğu bir daha sübut edildi.

Azərbaycan davamlı sülhə nail olmaq üçün ciddi səylər göstərsə də, məğlub Ermənistan müxtəlif əsassız bəhanələrlə danışıqlarda əldə olunmuş razılığı pozurlar. Brüsseldə bir neçə dəfə üçtərəfli görüşlər keçirilməsinə baxmayaraq Ermənistan bölgədə sülhə zərər vurur.Prezidentimiz dördtərəfli görüşdə qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb ki, bu da Azərbaycana qarşı növbəti cinayətdir, teror aktıdır.Müharibədən sonra 250 nəfərdənn çox azərbaycanlı ya həlak olub, ya da ki, ağır yaralanıb.Təəssüflər olsun ki, ölkəmizə qarşı erməni terroru davam edir və buna birdəfəlik son qoyulmalıdır.

Möhtərəm Prezidentimiz görüşdə bəyan etdi ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Belə əlaqələr xeyli müddətdir ki, aparılır. Azərbaycan cəmiyyətinə inteqrasiya olub yaşamaq istəyən ermənilər peşiman olmayacaqlar. Əgər bu və ya digər səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.Ermənilərin öz öhdəliyini pozması biabırçı faktdır. Azərbaycan hələ ki, səbr və təmkin göstərir. Əgər beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olarsa, sülhsevər Azərbaycan müharibə, düşmənçilik səhifəsini birdəfəlik qapadacaqdır.

Çingiz Zeynalov
YAP Qazax rayon təşkilatı Yuxarı Salahlı kənd ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024