Elşad Məmmədov: “Bundan sonra Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan işığı əbədi nurlandıracaq”
Tarix: 11-10-2022 | Saat: 12:00
Bölmə:Gündəm | çapa göndər
“Ötən əsrin sonlarından başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi. Otuz ilə yaxın müddət ərzində davam edən erməni işğalı dövründə Azərbaycan bu münaqişənin məhz sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. 30 il Azərbaycan nəticəsi olmayacaq məqsədsiz danışıqlara cəlb olundu, xalqımıza yalançı vədlər verildi. Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində Xırdalan Elektrik Şəbəkəsinin rəisi Elşad Məmmədov deyib.
Müsahibimiz ilk növbədə belə bir məqamı qeyd edib ki, Azərbaycan heç zaman müharibə istəməsə də son 30 il ərzində beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalması nəticə etibarı ilə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxmayıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin bizə başqa seçim vermədilər. 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. II Qarabağ savaşının başlanması əslində artıq çoxdan bir tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Sadəcə olaraq, Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Torpaqlarımızın işğal altında qaldığı illərin təcrübəsi də bunu deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası bütün bu illər ərzində təmin olunmadı. Möhtərəm dövlət başçımızn da öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, həqiqətən də əsl tarixi nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Bundan sonra 8 noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şərəfli və ən fərəhli günlərdən biri olaraq əbədi qalacaq.”
Daha sonra “Azərişıq” təmsilçisi bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə gedən möhtəşəm yenidənqurma işlərinə Azərişıq ASC-nin əməkdaşları da öz töhfələrini verə bilmək imkanına malik olduqlarına görə sonsuz qürur duyurlar: “Bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə vüsətinə və dinamikasına görə misli görünməmiş yenidənqurma işləri həyata keçirir. Əlbəttə ki, həmin bölgə və rayonların elektirk enerjisi ilə təminatı da bu yönümdə vacib məsələlərdən biridir. Məhz bu baxımdan da Azərişıq ASC-nin əməkdaşları dövlətimizin gördüyü bu işlərə öz töhfələrini verə bilmək imkanına malik olduqlarına görə sonsuz qürur duyurlar. Bizə bu qürur hissini yaşadan hadisələrdən biri mayın 10-da cənab Prezident İlham Əliyevin Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi olub. ASC-nin sədri Vüqar Əhmədovun dövlətimizin başçısına verdiyi məlumatda da bildirilmişdi ki, Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır. İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.
Həmçinin Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Zəngilan rayonu ərazisində də “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır. İlk növbədə rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilib. Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir.
Avqustun 26-da isə, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanıldı. “AzərEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçiriblər. Artıq bütün dünya bilməlidir ki, bundan sonra Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan işığı əbədi nurlandıracaq”, - deyə Elşad Məmmədov öz fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
10:04 Müqavilə-hüquq bazası.