Laçınlılar Şəhid Şahvələdov İlyas Etibar oğlunun anım günü qeyd ediblər
Tarix: 11-10-2022 | Saat: 13:58
Bölmə:Gündəm | çapa göndər
AİA.Az xəbər verir ki ,anım günü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, şəhidin məzarını ziyarət ediblər. Eyni zamanda Bərdə şəhidlər xiyabanınında şəhidin əmisi Şahvələdov İlyas Nəriman oğlunun, şəhid Qəribzadə Fəxri Elmir oğlunun və şəhid Ələkbərli Samir Şamil oğlunun da məzarları ziyarət edilib.
Şəhidlərin məzarı önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhidin ailəsinə dərin hüznlə baş sağlığı verərək, səbr diləyib, eləcə də Azərbaycan ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb.
İ. İlyasov qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir.
Çıxış edənlər, şəhidin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından bəhs ediblər.
Sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tərəfindən Şəhidin atasına xatirə hədiyyəsi təqdim edilib.
Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildiriblər.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusunun əks hücum əməliyatına başlayan zaman Şahvələdov İlyas Etibar oğlu torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmış, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025
10:04 Müqavilə-hüquq bazası.