Mobil versiya
"Təzə kadrlar özlərini doğrultmadı" - Aqil Abbas
Tarix: 11-10-2022 | Saat: 11:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Təzə kadrlar özlərini doğrultmadı" -

"Ağcabədidə 115 artezian sıradan çıxıb”.

aia.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, Melorasiya və Su Təsərrüfatı ASC Ağcabədidə sadəcə 11 arteziana su verir: "Necə olur ki, Əhməd Əhmədzadənin vaxtında bu işlər normal gedirdi, indi yox?! Kənddəkilər ona görə çıxıb Bakıya gəlir. Çünki kənd sakinləri orda işlərini görə bilmir, çörək pulunu qazana bilmir".

A.Abbasın sözlərinə görə, icra başçıları dəfələrlə Nazirlər Kabinetinə müraciət edib, amma nəticə yoxdur: "Gərək mən Yaponiyaya müraciət edəm ki, gəlib arteziana su vursunlar".

Millət vəkili təzə kadrların özlərini doğrultmadığını vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025