Ağdam-“Qafqazın Xirosiması” dünyanı qəflət yuxusundan ayıltmalıdır
Tarix: 10-10-2022 | Saat: 21:27
Bölmə:Siyasət | çapa göndər

ŞƏRH
Ermənistan Silahlı birləşmələrinin işğalı nəticəsində 20 faiz torpağımız 30 ilə yaxın əsarətdə saxlanılmış, maddi, mənəvi, etno, ekoloji təcavüzə məruz qalmışdır. Erməni caniləri tək insanlığa qarşı deyil, həmçinin bütün canlı və cansız varlığa qarşı vandallıq etmişlər. Viran qoyulmuş ərazilərimizdən biri də Ağdam rayonu, onun əraziləridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında çox vacib məqamlara toxundu.
Cənab Prezident bildirdi ki, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.
Artıq bütün dünyanın diqqəti Azərbaycandadır. 44 Günlük müharibədən dərs alan Ermənistanın siyasi- hərbi rəhbərliyi Azərbaycanın sülhsevər missiyasını düzgün dəyərləndirməli, keçmişdə buraxdıqları səhvləri təkrarlayıb yenidən ermənistanı uçuruma aparmamalıdır. Tək Ağdamda törətdikləri vandalizim dünya ictimaiyyətinə əsas verir ki, Ermənistanı lənətləsin. Təəsüflər olsun ki, ermənipərəst dövlətlər və təşkilatlar hələ də ikili yanaşma nümayiş etdirir, həqiqəti deməkdən çəkinirlər.
Ancaq, Cənab Prezidentin qətiyyətli mövqeyi, işğaldan azad olunmuş ərazilərimizdən dünyaya verdiyi mesajlar bəşəriyyəti qəflət yuxusundan ayıltmalı, kor gözləri açmalıdır.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025