Mobil versiya
YAP Laçın rayon təşkilatı "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirmişdir. -Fotolar
Tarix: 05-10-2022 | Saat: 15:30
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Laçın rayon təşkilatı "Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirmişdir.

AİA.Az xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon təhsil sektorunun rəhbərliyi və təhsil işçiləri, YAP fəalları iştirak etmişdir.
İlk olaraq Ulu öndər və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, dünyadan köçmüş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbiri açaraq, peşə bayramı münasibəti ilə müəllimləri təbrik etdi və Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından bəhs etdi. İ.İlyasov bildirdi ki,müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul etmişdir.
İ. İlyasov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Laçın təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişdir. İlqar İlyasov Ölkə Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərindən danışdı. Natiq bildirdi ki, cənab Prezidentin imzaladıgı sərəncamlarla Laçın şəhəri, Zabux, Sus kəndlərinin inşası və bərpası ilə yanaşı, Laçın şəhər 2 nömrəli tam orta məktəbin və Zabux kənd tam orta məktəbinin tikintisi və bərpası üçün dövlət Başçısının sərəncaməna əsasən vəsaitin ayrılması, qısa zaman kəsiyində həmin ərazilərdə geniş və surətli işlərin aparılması hər bir Laçınlının ürəyincədir.
İ.İlyasov görüşdə müəllimləri qazandıqları nəticələrə görə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Çıxış edənlər ölkəmizdə təhsilin müasir səviyyədə inkişafından danışıb, dövlət rəhbərliyinin bu vacib sahəyə yüksək qayğı göstərdiyini qeyd etdilər..
Tədbirin sonunda təhsildə fərqlənən bir qrup müəllim YAP Laçın rayon təşkilatının “Fəxri Fərmanı” ilə təltif edildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə