Mobil versiya
Dövlətinə və xalqına sadiq Ulu Öndər
Tarix: 04-10-2022 | Saat: 09:49
Bölmə:Siyasət | çapa göndər

Dövlətinə və xalqına sadiq Ulu Öndər

Hər bir xalqı yaşadan və varlığını göstərən, dünyada söz və güc sahibi edən dövlətinin olmasıdır. Bu baxımdan ümummili lider Heydər Əliyev və onun ideyaları Azərbaycan dövlətinin inkişafına və güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Əbədiyaşar liderimiz Heydər Əliyevin 1993-cü ilin 15 iyununda yenidən hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu, dövrün ictimai tələbatına çevrilmişdi. Ulu öndər Heydər Əliyev ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirib. Ulu öndər dərhal bütün ölkədə olan hərc-mərcliyin, anarxiyanın qarşısını almaq istiqamətində işlərə başladı və nəticədə də çox qısa bir müddətdə buna nail oldu. Millət və dövlət çətinliklərdən xilas oldu. Xalqın istəyi, arzusu reallaşdı. Azərbaycan tarixinin şanlı səhifələri yazıldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi.

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri isə müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olub. Ümummilli lider Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqı yenidən vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirdi. Beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı. Ölkəmiz dünyada özünə layiqli yer qazandı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci və ən vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Ulu öndər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. Ardınca isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı və dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu. Xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı. Xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndərin Azərbaycan xalqına olan böyük sevgisi idi ki, o, xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtdı. Böyük şəxsiyyət öz həyatını xalqa həsr etdi və daim deyirdi, "Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”. Böyük Öndərin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən milli ideologiyanın əsası qoyuldu.

Ulu öndərin xarici siyasətinin önəmli cəhəti dövlətimizin beynəlxalq aləmə yüksək səviyyədə inteqrasiya olunmasını təmin etmək idi. Belə ki, ümummilli liderin təşəbbüsü ilə beynəlxalq təşkilatlarla əməkdaşlı edildi, eyni zamanda xarici ölkələrlə dostluq əlaqələrinin qurulması və strateji tərafdaşlıq istiqmətində fəaliyyət gücləndirildi. Bu baxımdan Pakistan İslam Respublikası ilə də çoxşaxəli münasibətlər quruldu. Pakistan və Azərbaycan arasındakı siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri üzrə əməkdaşlıq sıxlaşdırıldı. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlandı. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə oldu. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Məhz bu güclü əlaqələrin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana öz dəstəyini göstərdi.

Ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başladı. Ümummilli lideri Heydər Əliyev tərəfindən aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə “Xəzərin azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü” üzrə birinci saziş imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adı ilə tanındı. Bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. Bu sazişlərin bağlanmasında ulu öndər Heydər Əliyevin rolu barədə Prezident İlham Əliyev belə deyib: ““Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu müqavilənin icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin müqaviləsi”nin çox böyük faydası var”.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı.

Ümumiyyətlə, 1993-cü ildə ulu öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə ölkəmizin inkişaf perspektivlərini hazırlanıb və reallaşdırılıb. Onun ideologiyasının, siyasi kursunun davamı olaraq parçalanmaq təhlükəsində olan Azərbaycan bu gün dünyanın ən qabaqcıl ölkələrdən biridir. Bu gün biz, bütöv Azərbaycan xalqı və dünya azərbaycanlıları varlığımızı, müstəqilliyimizi, azadlığımızı azərbsycançılıq ideyasının yaradıcısı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinə borcluyuq. Azərbaycan xalqı bu xidmətləri heç zaman unutmayacaq. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bunu hazırda Azərbaycan xalqının milli həmrəylinin, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünün təmin edilməsi sübut edir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024