Mobil versiya
Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib Fotolar
Tarix: 01-10-2022 | Saat: 14:33
Bölmə:Gündəm | çapa göndər

Abşeronda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

Abşeron rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon prokuroru Qabil Qasımov,
rayonun​ hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, o cümlədən rayon prokurorluğunun əməkdaşları iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev peşə bayramları münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. Bildirilib ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluq işçilərinə və bu səhənin inkişafına hər zaman böyük diqqət göstərir.
Fərzəliyev peşə bayramları münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib. Bildirilib ki, 17 iyul 1998-ci il tarixdə prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluq işçilərinə və bu səhənin inkişafına hər zaman böyük diqqət göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025