Xalq-Prezident vəhdəti sayəsində reallaşan Zəfər
Tarix: 30-09-2022 | Saat: 11:37
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra etdiyi çıxışında Vətən müharibəsi ilə doğma torpaqlarımızın düşməndən təmizləndiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayaraq, 44 günlük savaşın şanlı tariximizə çevrildiyini bildirib. Ölkə rəhbəri daha sonra İkinci Qarabağ müharibəsində xalqımızın bir yumruq kimi birləşərək, birlik, iradə göstərdiyini, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilən torpaqlarda bu gün genişmiqyaslı bərpa-quruculuq layihələrinin gerçəkləşdirildiyini, şəhər və kəndlərimizin bərpa olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin nitqində səslənən bu məqamla bağlı onu deyək ki, tarixi Zəfərimiz təkcə silah gücünə qazanılan qələbə deyildi, həm də Azərbaycan diplomatiyasının misilsiz uğuru, Silahlı Qüvvələrimizin döyüş ruhunun təntənəsi, Xalq-Prezident sarsılmaz birliyinin ifadəsi idi. Məhz bu əsas amillər– dövlətimizin başçısının müdrik diplomatiyası, xalqın sıx vəhdəti, ordumuzun güc-qüdrəti, haqq-ədalətin ölkəmizin tərəfində olması sayəsində Vətən müharibəsində işğalçıya sarsıdıcı zərbə vuruldu. Bir sözlə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərin, bütövlükdə xalqımızın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəyliyi düşmənin ağır məğlubiyyəti ilə nəticələndi.
Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində həm də düşmənin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısının vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”. Burada mühüm bir məqama da nəzər salmaq istərdik. Vətən savaşında qəhrəmanlıqla döyüşərək, şəhidlik zirvəsinə ucalan igid övladlarımızın qisası döyüş meydanında alındı, qanları yerdə qalmadı, bu isə onların yaxınları, qohumları, bütün Azərbaycan xalqı üçün təsəlli oldu. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Dövlətimizin başçısının vurğuladığı kimi “onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı...”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qaraxanbəyli kəndinin yaxınlığında abidənin də şəhidlərimizin şərəfinə ucaldıldığını bildirib. Ölkə rəhbəri bu abidənin, bu qaya parçasının adı çəkilən kənd və digər beş yaşayış məntəqəsinin İkinci Qarabağ müharibəsinin ilk günündə azad edildiyini, ilk şəhidlərinin də məhz burada, bu yerdə şəhadətə qovuşduqlarını xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”. Ölkə rəhbəri çıxışında bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun hər gün irəliləyərək, dayanmadan, durmadan, usanmadan hərəkət edərək, hər gün qan tökərək, şəhidlər verərək irəliyə-Zəfərə doğru getdi. Məhz belə şücaətin, qəhrəmanlığın nəticəsində 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən isə məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyəti ilə barışdı və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Ordumuz müharibədə ləyaqətlə davrandı. Azərbaycan Ermənistandan fərqli olaraq, XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, infrastruktura heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardığını bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Zəfər isə xalqımızın böyüklüyü, qələbəyə inamı, yazının əvvəlində vurğulandığı kimi, Xalq-Prezident vəhdəti sayəsində reallaşdı.
Qarabağ münaqişəsinin həll edilməsinə, torpaqlarımızın erməni faşizminin əsarətindən xilas olunmasına ölkə Prezidenti fəaliyyətində daim prioritet
istiqamət kimi yanaşıb. Dövlətimizin başçısı istər işğal illərində, istərsə də postmünaqişə dövründə bu məsələnin ədalətli şəkildə reallaşmasına bütün gücünü, bilik və bacarığını yönəldib. Əlbəttə, haqq mübarizəsində, qələbənin qazanılmasında Xalq-Prezident birliyi başlıca amilə çevrilib, qarşıya qoyulan müqəddəs vəzifənin gerçəkləşdirilməsini şərtləndirib. Təbii ki, Prezident İlham Əliyevin ordu quruculuğunun sürətlə aparılmasını, Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğun qurulmasını, bununla bərabər, gənc nəslin vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunmasını, respublikamızın güclənməsi naminə davamlı iqtisadi islahatların reallaşdırılmasını diqqətdə saxlaması xalqımızı Zəfərə, uğura addım-adım yaxınlaşdırıb və nəhayət, 30 illik mənasız danışıqlar başa çatıb.
Beləliklə, haqq-ədalət, beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri hərbi güc yolu ilə həllini tapıb. Azərbaycan bununla da bütün dünyaya böyük və güclü xalq olduğunu nümayiş etdirib, heç vaxt işğalla barışmaq fikrinə düşmədiyini sübuta yetirib.
Yeri gəlmişkən, istər işğal dövründə, istərsə də müharibə günlərində Ermənistanla ədalətsizliyi bölüşən qüvvələrin hərəkətləri göstərdi ki, Azərbaycan təkcə qəsbkarla, dünya erməniliyi ilə deyil, həm də bu ölkənin himayədarları ilə müharibə aparıb və bu mübarizədə parlaq qələbə əldə edib. Bax, elə buna görə də dövlətimizin başçısının bildirdiyi kimi, savaşda tarixi əhəmiyyətə malik Zəfər qazanılıb: “Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda”. Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimizi talamaqla bərabər, kənd və şəhərlərimizi də Yer üzündən silib. Tamamilə dağılan Ağdam xarici ekspertlər, jurnalistlər tərəfindən Xirosimaya bənzədilib. Bütün infrastruktur sistemi dağıdılıb, yaşayış evləri, inzibati binalar sökülərək, daşları satılıb. Mədəni-tarixi abidələr xaraba qoyulub. Məzarlıqlardakı qəbirlər qazılaraq, dünyasını dəyişən insanların qızıl dişləri çıxarılıb. Vətən müharibəsindən sonra hər bir xarici qonaq bütün bu rəzilliyin, vəhşiliyin, barbarlığın şahidi olub.
Məhz, elə bu erməni rəzilliyinə görə, dövlətimizin başçısı haqlı olaraq bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə işğalçını yox, faşizmi də məhv edib. Vətən savaşı günlərində də düşmən cəllad xarakterini bir daha büruzə verərək, şəhərlərimizi ballistik raketlərlə atəşə tutub, dinc sakinlərimizi qətlə yetirib.
Anar Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının sədr müavini
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025