Mobil versiya
Aqiyə Naxçıvanlı: Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılmış abidə Azərbaycan Ordusunun sarsılmazlığının simvoludur
Tarix: 29-09-2022 | Saat: 13:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlı: Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılmış abidə Azərbaycan Ordusunun sarsılmazlığının simvoludur

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək Vətən müharibəsinin ilk günündəcə azad edilmiş Qaraxanbəyli kəndinin yaxınlığında, qəhrəman Azərbaycan əsgərinin bu müqəddəs savaşda öz canını fəda etdiyi ilk məkanlardan birində şəhidlərimizin ölməz xatirəsini yad ediblər. Burada bütöv qaya parçasından şəhidlərimizin şərəfinə ucaldılmış abidə Azərbaycan Ordusunun sarsılmazlığının simvoludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəyə aparan şanlı Zəfər yolu da məhz bu ərazilərdən başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yolunda ilk tarixi qələbəsini də məhz bu yerdə qazanıb. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini Vətən müharibəsinin ilk günündə azad etməklə Azərbaycan Ordusu Zəfər yürüşünə başladı. Dövlətimizin başçısının və birinci xanımın önünə gül dəstələri qoyduqları abidənin yaxınlığında isə Azərbaycan İkinci Qarabağ savaşında ilk şəhidlərini verdi. Həmin bu yerdən erməni işğalçılarının illər ərzində qurduqları beş-altı səviyyəli müdafiə xətti keçirdi. Abidənin bilavasitə yanında isə düşmən səngəri yerləşirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan əsgəri öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt hələ işğal altında olan digər bütün torpaqlarda dalğalansın, Azərbaycan xalqı ləyaqətini və qürurunu bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Aqiyə Naxçıvanlı 44 günlük Vətən müharibəsinin şanlı tariximizin ən şərəfli səhifələrindən olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı bütün gücünü səfərbər edib Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovub. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan cəmiyyəti birlik və iradə nümayiş etdirib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həmçinin şanlı Zəfərimizlə qürur duyuruq. Şanlı Ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi. Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlalardan birindən – erməni faşizmindən xilas etdi.

“Biz bu yolda çox qurbanlar verdik, çox məşəqqətlərdən keçdik. Azərbaycan öz haqqını dünyaya sübut edənə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız terror və təxribatları, qırğın və qətliamları yaşamalı oldu. Dünya birliyi bu vəhşiliklərin qarşısını almaq, cinayətkarları cəzalandırmaq üçün heç bir addım atmadı. Əksinə, sərsəm erməni ideoloqlarının “böyük Ermənistan” adlı uydurmaları sanki reallaşdırıla biləcək ideya kimi ortaya atıldı. Əzəli və əbədi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması məqsədilə qanlı oyunlara başlandı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış siyasi destabillikdən və hərc-mərclikdən yararlanan Ermənistanın silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt etdilər və 30 il işğal altında saxladılar. Bu illər ərzində Azərbaycan nəticəsi olmayacaq məqsədsiz danışıqlara cəlb olundu, xalqımıza yalançı vədlər verildi. Amma Azərbaycan nə bu vədlərə aldanmadı, nə də işğal faktı ilə barışmadı. Zamanı gəlib çatdıqda bütün dünya kimin kim olduğunu gördü, xalqımızın, dövlətimizin öz haqqını heç kimsədə qoymayacaq gücə-qüdrətə sahib olduğunun şahidi oldu”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə