Mobil versiya
Azərbaycanın daha inamlı və qətiyyətli addımlar atacaq
Tarix: 29-09-2022 | Saat: 10:55
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın daha inamlı və qətiyyətli addımlar atacaq

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

Müstəqillik qazanmasından cəmi 31 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib. Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Dövlət başçısının apardığı siyasətin əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi prosesləri dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımlarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə 30- dan çox müsahibəsi bunun əyani subutudur.

Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmilə bu ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Yeri gəlmişkən, sentyabrın 27-də Füzuli rayonuna səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra Prezidentimiz çıxış etmişdir :

“Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Milli ruhda, tərbiyə olunan müasir Azərbaycan gəncliyi Prezident İlham Əliyevin dəstəyi ilə müstəqil Azərbaycana layiqli töhfələr verəcək və ölkəni daha inamla işıqlı gələcəyə aparacaq. Bu gün əminliklə deyə bilərik ki, əldə olunan bütün naliyyətlər bundan sonra da Azərbaycanın daha inamlı və qətiyyətli addımlar atacağına əsaslanır.

Gündüz Bayramov-Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2022