Mobil versiya
Alev Kılıç: "Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir”
Tarix: 28-09-2022 | Saat: 10:52
Bölmə:Siyasət | çapa göndər

Alev Kılıç:

"Ermənistan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəmir, bununla da sərhədin delimitasiyası və demarkasiyası prosesinə, nəqliyyat-logistika marşrutlarının açılmasına mane olur. Ermənistan danışıqları bilərəkdən ləngidir".

aia.az xəbər verir ki, bu fikirləri Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

Mərkəzin direktoru Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunun səmərəli olacağına əminliyini ifadə edib.

“Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ilə regiona ədalət qayıdıb. Məqsədimiz regionda təhlükəsizliyi, sabitliyi və sülhü təmin etmək naminə çalışmaqdır. Bu, vacib məsələdir. Çünki Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən bir halqadır. Məhz bu, bugünkü tədbiri unikal və əhəmiyyətli edir", - A.Kılıç bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024