"Daha iki kütləvi məzarlıq tapılıb, yüzlərlə insanın olduğu böyük məzarlıqlar" - Zelenski
Tarix: 26-09-2022 | Saat: 12:22
Bölmə:Siyasət | çapa göndər

Ukraynanın işğal altın qalmış İzyum şəhərində daha iki kütləvi məzarlıq tapılıb.
AİA.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.
"Bu gün əlavə məlumat aldım. Daha iki kütləvi məzarlıq tapılıb, yüzlərlə insanın olduğu böyük məzarlıqlar. Söhbət kiçik İzyum şəhərindən gedir, bilirsinizmi? Kiçik şəhərdə daha iki kütləvi məzarlıq var. Bax bu baş verir", - o qeyd edib.
V.Zelenski Rusiyaya qarşı sanksiyaları ədalətli adlandırıb və təkid edir ki, dünya Putin rejiminə qarşı sanksiyaları davam etdirməlidir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025