Mobil versiya
Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər
Tarix: 26-09-2022 | Saat: 11:41
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

Milli Məclisin nümayəndə heyəti sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AİA.Az-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov yer alıb.

Səfər çərçivəsində deputatlarımız Rumıniya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.

Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və orada diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 29-da başa çatacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-01-2025