Mobil versiya
Dilqəm Əsgərov: "Hələ ki sağam"
Tarix: 31-05-2016 | Saat: 16:33
Bölmə:Gündəm | çapa göndər



Bir neçə gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Girov Dilqəm Əsgərov qardaşı Sahib Musayevə və oğlu Kürdoğlu Əsgərova məktub yollayıb.

Aia.az bildirir ki, K.Əsgərov azvision.az-a açıqlamasında atasının səhhətində ciddi problemlərin olduğunu deyib.

Onun sözlərinə görə, D.Əsgərov məktubunda ürək nahiyəsində ağrıların olduğunu yazıb.

"Atam məktubunda bir sıra məqamlara toxunub. Onları mətbuata açıqlaya bilmərik. Bircə deyə bilərəm ki, onun səhhətində ciddi problem var. Məktubun sonunda isə yazıb ki, "narahat olmayın, hələ ki sağam, oğul!""



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024