Mobil versiya
Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması
Tarix: 21-09-2022 | Saat: 17:41
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması


Azərbaycan müstəqil dövlət olaraq müstəqil xarici siyasət yürüdür. Azərbaycanın Şimal Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşməsi, inkişaf edən nəqliyyat infrastrukturumuz bu Təşkilat üçün də mühüm əhəmiyyətə malikdir. Hər zaman sülh və əməkdaşlıq tərəfdarı olan ölkəmizin məqsədi regionda davamlı inkişaf və möhkəm əsaslı təhlükəsizliyin təmin olunmasıdır. Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir.

Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik, hər bir məsələnin ədalətli həlli mümkündür. Qlobal problemlərin həlli qlobal yanaşma tələb etdiyi bir zamanda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir.Prezident İlham Əliyev çıxışında söylədiyi ən mühüm məsələlərdən biri də cari ilin 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsi ilə bağlı olub. Ölkə başçısı çıxışında Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldığını, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü söyləyərək, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini, ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparıldığını bildirib.


Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi yönümündə ciddi səylər göstərdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı.Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyev ölkəmizin haqq işinə diqqət çəkərək Vətən müharibəsindəki Zəfərimizlə yaranmış yeni reallıqların iqtisadi əhəmiyyətindən bəhs etdi. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.

Cənab Prezident, həmçinin Qarabağ münaqişəsinin həllinin reqionumuz üçün nəqliyyat-kommunikasiya sahəsində yeni inkişaf imkanları yaratdığını nəzərə çatdırıb.Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmiz üçün digər bir əhəmiyyəti Azərbaycanın haqq səsini dünyaya çatdırılması baxımından çox vacib bir platforma olmasıdır. Təşkilatın bir beynəlxalq qurum kimi əhəmiyyəti onun hər hansı bir bloklara qoşulmama siyasətinə əhəmiyyət verməsi, digər dövlətə və beynəlxalq təşkilata qarşı yönəlməməsidir.


Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatında məsləhətçi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi



Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə